Yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan dialoqu baş tutacaq - Görüşün DETALLARI 

Yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan dialoqu baş tutacaq - Görüşün DETALLARI 

Hazırda oxunan: Yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan dialoqu baş tutacaq - Görüşün DETALLARI 

54838

Yanvarın 14-də Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskvada görüşü keçiriləcək.  Bu barədə Ermənistan Xarici işlər nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər arasında normallaşma prosesinin ilkin müddəalarının müzakirə olunacağı gözlənilir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən ermənişünas alim Qafar Çaxmaqlı ilk olaraq Türkiyə və Ermənistan vətəndaşlarının gediş-gəliş məsələlərinin Moskvada aydınlaşdırılacağını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyə aviaşirkətinə İrəvana uçuşlar üçün İCAZƏ VERDİ


Bundan əlavə, alim danışıqlarla bağlı Ermənistan tərəfinin müəyyən narahatlıqlarının olacağına da diqqət çəkib:

“Rəsmi İrəvan ondan narahatdır ki, Türkiyə müəyyən şərtlər irəli sürəcək. Çünki rəsmi Ankara erməni soyqırımı və Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının qarşısını almaq istəyir”.

Qafar Çaxmaqlı Ermənistanın narahatlıqlarına rəğmən Türkiyənin hazırlıqlı olduğunu da qeyd edib:

“Türkiyə hökuməti bu istiqamətdə müəyyən tədbirlər görüb. Ermənilər hər nə qədər qeyd-şərtlərlə danışıqlar masasına oturmayacaqlarını dilə gətirsələr də, bu şərtlər artıq var. Ermənistan bu məsələlərə aydınlıq gətirib, müəyyən qeydlər götürməlidir. Yoxsa Türkiyə ərazi bütövlüyünün təmin olunması üçün, Ermənistana müəyyən tələblər irəli sürməkdə haqlı görünəcək”.

Ermənişünas alim Türkiyənin öz şərtlərini artıq irəli sürdüyünü də fikirlərinə əlavə edib:

“Dövlətlərin qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüklərini tanıması məsələsi ortada olmalıdır. Bu da o deməkdir ki, Türkiyə tərəfi artıq öz şərtlərini irəli sürüb”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO