“Prava” imtahanları Dövlət İmtahan Mərkəzinə VERİLİR? – Təklifə RƏSMİ CAVAB

“Prava” imtahanları Dövlət İmtahan Mərkəzinə VERİLİR? – Təklifə RƏSMİ CAVAB

Hazırda oxunan: “Prava” imtahanları Dövlət İmtahan Mərkəzinə VERİLİR? – Təklifə RƏSMİ CAVAB

54823

Azərbaycanda hələ də sürücülük vəsiqəsinin necə əldə edilməsi ilə bağlı fikirlər birmənalı deyil. Məlumdur ki, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən iki mərhələdə - praktik və test yolu ilə aparılır. Sosial şəbəkələrdə yazılanlara görə isə imtahanının nə test, nə də praktik mərhələsi şəffaf şəkildə aparılır. Bu isə haqlı narazılıqlara səbəb olur. 

Son günlər bu məsələ daha da aktuallaşıb. Sosial şəbəkə istifadəçiləri və nəqliyyat ekspertləri sözügedən məsələdə şəffaflığın təmin olunması üçün maraqlı təkliflə çıxış edirlər.

İrəli sürülən təklifə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir. İctimai fikrə görə Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə, əhali arasında narazılıq olmayacaq. 

Zatən ölkədə təhsil sistemində baş tutan bütün imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçir. Sürücüklə bağlı imtahanının da həmin quruma verilməsi “rüşvət” faktorunu sıradan çıxarar.

Dövlət İmtahan Məkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bu məsələnin qanunvericiliklə tənzimləndiyini bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Kim daha yaxşı sürücüdür: qadınlar, yoxsa kişilər? – Ekspertdən AÇIQLAMA


“Ona görə də mənim nəsə fikir bildirməyim doğru deyil və yanlış anlaşıla bilər”, - deyə qurum rəsmisi əlavə edib. 

Nəqliyyat ekspeti Eldəniz Cəfərovun məsələyə yanaşması bir qədər fərqli olub:

“Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı aparlan qiymətləndirməni Dövlət Yol Polisi həyata keçirir. Bu vəsiqələrin verilməsi ilə bağlı imatahanlar hər hansı başqa bir quruma verilsə də, yenə də həmin qiymətləndirməni Dövlət Yol Polisinin əməkdaşları həyata keçirəcək. Bu səbəbdən DYP-dən imtahanları alıb başqa quruma verməyə lüzum yoxdur. Qaldı ki, digər məsələyə, şəffaflığın təmin olunması mexanizmini cəmiyyət olaraq qura bilmiriksə, o zaman imtahanların hansı qurumda keçirilməsi də önəmli deyil”. 

Məsələ ilə bağlı Dövlət Yol Polisindən isə bildirildi ki, icraedici orqan olduqları üçün məsələ hökumət tərəfindən tənzimlənməlidir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO