Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci il üzrə sosial durumları və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında açıqlayıb.
Bildiirlib ki, COVID-19 pandemiyasının təsirləri 2021-ci ildə də özünü göstərib:
"Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:22 / 10.01.2022
Azərbaycanda koronavirusdan neçə jurnalist ölüb?
Hazırda oxunan: Azərbaycanda koronavirusdan neçə jurnalist ölüb?
Hazırda oxunan: Azərbaycanda koronavirusdan neçə jurnalist ölüb?
54663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.