Pakistandan Türkiyəyə dəstək

Pakistandan Türkiyəyə dəstək

Hazırda oxunan: Pakistandan Türkiyəyə dəstək

5463

“Pakistan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsindən dərin narahatlıq keçirir”.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi  məlumat yayıb.

Məlumatda bildirilir ki, Pakistan prinsipial olaraq hər hansı ölkəyə qarşı birtərəfli məcburetmə tədbirlərinin həyata keçirilməsinin əleyhinədir.

Açıqlamada Pakistanın Türkiyənin regional və beynəlxalq sülh, sabitlik mövzusunda əvəzedilməz rolunu təqdir etdiyi bildirilib, İslamabad rejiminin türk xalqı və hökumətinə milli təhlükəsizlik, sülh və firavanlıq axtarışında güclü dəstəyi ifadə olunub, hər zaman bu yolda türk xalqının və hökumətinin yanında olmağa davam edəcəyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO