ÜST-dən “omikron” XƏBƏRDARLIĞI: “Bu variantı yüngül adlandırmaqdan çəkinin”

ÜST-dən “omikron” XƏBƏRDARLIĞI: “Bu variantı yüngül adlandırmaqdan çəkinin”

Hazırda oxunan: ÜST-dən “omikron” XƏBƏRDARLIĞI: “Bu variantı yüngül adlandırmaqdan çəkinin”

54607

Son araşdırmalar nəticəsində "Omikron"un əvvəlki COVID-19 variantlarına nisbətən ağır xəstəliyə çevrilmək ehtimalının daha az olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni - "Omikron" variantını yüngül adlandırmaqdan çəkinməyə çağırıb, onun ölümcül olduğunu açıqlayıb.

ÜST-ün rəhbəri Tedros Adhanom Ghebreyesus bu ştama yoluxanların rekord sayda olmasının səhiyyə sistemini ciddi təzyiq altında qoyduğunu bildirib. 

BMT-nin səhiyyə agentliyi son bir həftədə qlobal halların sayının 71 faiz, Amerika qitəsində isə 100 faiz artdığını bəyan edib. Bildirilib ki, dünyada ağır yoluxma hallarının 90 faizi peyvənd olunmayanlarda müşahidə olunub. 

Doktor Tedros cümə axşamı keçirilən mətbuat konfransında "Omikron"un, xüsusilə peyvənd olunmuşlarda, "Delta" ilə müqayisədə daha az şiddətli görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil" deyib:

"Əvvəlki variantlar kimi, "Omikron" insanları xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır". 

Həkimin sözlərinə görə, "Omikron" çox yoluxucudur və insanlar tam peyvənd olunsalar belə yoluxa bilərlər. Bununla yanaşı, vaksinlər hələ də mühüm əhəmiyyət kəsb edir, çünki onlar sizi xəstəxanaya yerləşdirə biləcək ağır xəstəliklərdən qorunmağa kömək edir.
Son çıxışlarında ÜST rəsmisi daha kasıb ölkələrin əhalisini peyvəndləməsinə kömək etmək üçün daha çox peyvənd paylanması çağırışlarını təkrarlayıb. Onun sözlərinə görə, hazırkı peyvəndin tətbiqinə əsaslanaraq, bu gedişlə 109 ölkə ÜST-ün iyul ayına qədər dünyanın 70 faizinin tam peyvənd olunması hədəfinə çatmasına imkan verməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO