Rusiya Müdafiə Nazirliyi toponimlərimizi təhrif etməkdə israrlıdır – Bu dəfə Suqovuşan - FOTOFAKT 

Rusiya Müdafiə Nazirliyi toponimlərimizi təhrif etməkdə israrlıdır – Bu dəfə Suqovuşan - FOTOFAKT 

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi toponimlərimizi təhrif etməkdə israrlıdır – Bu dəfə Suqovuşan - FOTOFAKT 

54396

Əvvəlcə xatırladaq ki, sülhməramlıların 1 illik Qarabağ fəaliyyətində azərbaycanlıları ən çox narahat edən faktlardan biri missiyanın neytrallıq yox, ermənipərəstlik nümayiş etdirməsidir.

İkinci problem isə Rusiya MN-nin Qarabağdakı Azərbaycan toponimlərini SSRİ, yaxud erməni adları ilə qeyd etməsidir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ötən ilin ən qalmaqallı xəbəri Rusiya Müdafiə Nazirliyinin tenderində Azərbaycanın Qarabağ İqtisadi Rayonunun "Dağlıq Qarabağ Respublikası" kimi göstərilməsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan müəmmalı hesabat - Erməni terrorçunun təxribatından danışılmadı


2022-ci ilin 7 yanvar tarixində isə Rusiya MN-nin "infoqrafika"sı diqqət çəkib. Çünki həmin məlumatda Azərbaycanın azad etdiyi Suqovuşan sülhməramlıların məsuliyyət zonasına aid edilib. Halbuki, Suqovuşana tez-tez azərbaycanlıların səfərləri baş tutur. Yəni işğaldan azad olunub və öz nəzarətimizdədir. Çünki sülhməramlıların məsuliyyət zonası olan Xankəndi, Xocalı, Ağdərə və Əsgərana Azərbaycan vətəndaşları üz tutmurlar.

Amma sülhməramlıların, Rusiya MN-nin Suqovuşan hoqqası bununla bitmir. Belə ki, ruslar rəsmi xəritələrində Suqovuşanı "Madagiz" kimi qeyd ediblər. 

Link və fotofaktı təqdim edirik:

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO