Floridada Azərbaycan məktəbi açıldı

Floridada Azərbaycan məktəbi açıldı

Hazırda oxunan: Floridada Azərbaycan məktəbi açıldı

5432

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan dərslərdə ilk olaraq uşaqlara Azərbaycan əlifbası öyrədilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO