Qazaxıstanda iğtişaşların PƏRDƏARXASI: “Nazarbayevi ölkə tarixindən silmək istəyirlər” – Kuznetsov 

Qazaxıstanda iğtişaşların PƏRDƏARXASI: “Nazarbayevi ölkə tarixindən silmək istəyirlər” – Kuznetsov 

Hazırda oxunan: Qazaxıstanda iğtişaşların PƏRDƏARXASI: “Nazarbayevi ölkə tarixindən silmək istəyirlər” – Kuznetsov 

54285

“Qazaxıstanda baş verənlərin qiymət artımına dəxli yoxdur. Hər halda heç vaxt buna inanmaram”, - deyə mövqe bildirən Rusiyanın tanınmış siyasi eksperti Oleq Kuznetsov fikrinin davamında vurğulayıb ki, insanlar onsuz da kifayət qədər inertdir (fəaliyyətsiz, tənbəl). 

Almatı və digər Qazaxıstan şəhərlərindəki iğtişaşlardan özəl olaraq Bizim.Media-ya danışan Oleq Kuznetsov əlavə edib ki, Avropada enerji daşıyıcılarda infilyasiyanın 300 faizə çatmasına baxmayaraq kimsə küçələrə axışmır, dağıntılar törətmir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Adminstrasiyasının rəhbərindən Almatıda baş verənlərə ŞƏRH – VİDEO


ABŞ nümunəsi də gətirən politoloq “Black Lives Matter” hərəkatının dağıntılarından söz açıb.

Belə ki, amerikalı sosial etirazçılar aksiyalarda əsasən mağaza dağıntıları, polis maşınlarının yandırılması ilə yadda qalırlar.

Amma burada ictimai binaların, silah anbarlarının, hava limanlarının ələ keçirilməsi, ələlxüsus da eks liderlərin heykəllərinin dağıdılması nəzərə çarpmır:

“Ona görə də, məncə, Qazaxıstandakı qanunsuzluqlar çoxdan hazırlanırdı. Baş verənlər Qazaxıstandakı klanlarası hakimiyyət mübarizəsinin tərkib hissəsidir. Bu, siyasi rejimlə orta əsr irsi əsasında formalaşan milli ideologiya ilə səciyyələnir. Etirazların əsas səbəbi Nursultan Nazarbayevin tamamilə hakimiyyətdən uzaqlaşdırılmasıdır. Onu ölkə tarixi qarşısındakı xidmətlərini heçə endirib, siyasi səhnədən silmək istəyirlər. Yaşayış yeri Fransa, ofisi Ukraynada olan qaçaq oliqarxın (Muxtar Ablyazov) da etirazların ikinci günü prosesə müdaxiləsi hadisələrin əvvəlcədən sosial yox, siyasi mahiyyət daşıdığını göstərir.
 

Bu da dövlət resurslarının yenidən bölüşdürülməsi ilə bağlıdır ki, şəraitə görə xarici qüvvələr də prosesə yapışıblar”. 


Oleq Kuznetsovun fikrincə, indiki halda Prezident Tokayevin fəaliyyəti – irimiqyaslı qanunsuzluqların qarşısının alınması üçün xarici hərbi kontingentlərin ölkəyə cəlb olunması əsaslıdır.

Hazırda Qazaxıstanda olan 3750 nəfər KTMT hərbi kontingenti bütün ölkəni etirazçılardan təmizləmək üçün yetərli deyil.

Rusiyalı ekspertin sözlərinə görə, KTMT qüvvələri yalnız Almatıdakı vəziyyəti stabilləşdirməyə xidmət edəcək. Amma Nursultandakı situasiyanı da kontrolda saxlaya bilərlər:

“Qazaxıstan hökuməti KTMT qüvvələrinə mənəvi-psixoloji dəstək kimi yanaşır. KTMT sülhməramlıları qazax inqilabçılarına qarşı istifadə olunsa, bu, sadəcə stimullaşdırıcı xarakter kəsb edər və gərgin zonaların sakitləşdirilməsinə hesablana bilər”.

Xatırladaq ki, Qazaxıstan Prezident Administrasiyasının rəhbəri KTMT haqqında suallara da cavab verərkən bildirib ki, “KTMT ölkələrinin sülhməramlı kontingenti sülhə xidmət edir və etirazçılarla toqquşmada iştirak etmir, qanunsuz silahlıların zərərsizləşdirilməsi prosesinə qatılmırlar. Sülhməramlı missiyanı kollektiv güclərin operativ müdaxiləsi ilə səhv salmaq lazım deyil”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO