Ermənistanda etiraz aksiyası keçirənlər Hökumət binasının qarşısına baş nazir Nikol Paşinyanın müqəvvasını gətiriblər.
Bizim.Media xəbər verir ki, özləri ilə baş nazirin müqəvvasını gətirən etirazçılar Paşinyanın istefasını tələb ediblər.
''İstefaya getməlisən'',- deyə onlar baş naziri postunu tərk etməyə çağırıblar.
Aksiya iştirakçıları Paşinyanı qorxaqlıqda da günühalandırıblar.
''Əliyev hər gün ölkəmizin baş nazirini alçaldır, Paşinyanın isə ona cavab verməyə cürət etmir''-deyə aksiya iştirakçıları şikayət ediblər.
Vüsalə Balayeva, Bizim. Media