"Mercedes" 1 MİLYONA yaxın avtomobili geri çağırdı

Hazırda oxunan: "Mercedes" 1 MİLYONA yaxın avtomobili geri çağırdı

54188

"Mercedes" yanğın təhlükəsinə səbəb ola biləcək nasazlığa görə dünya üzrə 800 mindən çox avtomobili geri çağırır.

Bizim.Media xəbər verir ki, avtomobil sahiblərinə ünvanlanmış məktubda soyuducu nasosda nasazlıq aşkarlandığı və bu nasazlığın bəzi hallarda yanğına səbəb olduğu bildirilib.

Eyni zamanda bildirilir ki, hazırda koronavirus pandemiyası fonunda avtomobil sürücüləri zəruri ehtiyat hissələrinin çatışmazlığı səbəbindən servis mərkəzlərinə müraciət edə bilməyəcəklər.

Söhbət 2017-ci ilin yanvarından 2021-ci ilin oktyabrınadək istehsal olunan dizel modellərindən gedir: GLC, GLE, GLS, C, E və S sinifləri, OM654 və ya OM656 mühərrikli CLS. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO