Azəri-Çıraq-Günəşli (AÇG) və "Şahdəniz" üzrə 1 yanvar 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan Bizim.Media-ya bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155,373 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.
01.01.2021 tarixdən 01.01.2022 tarixinə AÇG yatağından 5 968,4 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.
"Şahdəniz" yatağı üzrə isə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 4,551 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.
"Şahdəniz" yatağından (qaz və kondensat) - (01.01.2021 - 01.01.2022 tarixinə): 884,793 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.
O cümlədən, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2021 - 01.01.2022 tarixinə) 302,817 mln. ABŞ dolları olub.
Bizim.Media
![Azəri-Çıraq-Günəşli və Azəri-Çıraq-Günəşli və](https://bizim.media/file/articles/2022/01/06/1641471899_kk.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
16:23 / 06.01.2022
Azəri-Çıraq-Günəşli və "Şahdəniz" üzrə gəlirlər açıqlandı
Hazırda oxunan: Azəri-Çıraq-Günəşli və "Şahdəniz" üzrə gəlirlər açıqlandı
Hazırda oxunan: Azəri-Çıraq-Günəşli və "Şahdəniz" üzrə gəlirlər açıqlandı
54124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12