Karantin rejiminin pozulması ilə bağlı cərimələr artırılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin dekabrın 18-də keçiriləcək plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.
Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.
Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 16.12.2020
Karantini pozanlar yüksək məbləğdə cərimələnəcək - 11 min manatadək
Hazırda oxunan: Karantini pozanlar yüksək məbləğdə cərimələnəcək - 11 min manatadək
Hazırda oxunan: Karantini pozanlar yüksək məbləğdə cərimələnəcək - 11 min manatadək
5410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.