Ağstafada ərini baltalayan Aynur həbs edildi

Ağstafada ərini baltalayan Aynur həbs edildi

Hazırda oxunan: Ağstafada ərini baltalayan Aynur həbs edildi

53983

Ağstafa Rayon Prokurorluğu rayonun  Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, yanvarın 4-ü saat 12 radələrində sözügedən hadisə ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən balta ilə baş nahiyəsinə xəsarətlər yetirilərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada öldürülən kişi vəzifəli şəxsin oğludur - YENİLƏNİB


Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO