Tokayev xalqa müraciət etdi – Nazarbayev vəzifəsindən çıxarıldı - VİDEO

Tokayev xalqa müraciət etdi – Nazarbayev vəzifəsindən çıxarıldı - VİDEO

Hazırda oxunan: Tokayev xalqa müraciət etdi – Nazarbayev vəzifəsindən çıxarıldı - VİDEO

53973

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, bu gündən o, respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Dövlət başçısı belə bir qərarı ölkə daxilində baş verən iğtişaşlar fonunda 24 saat ərzində xalqa ikinci müraciətində açıqlayıb.
Tokayev qeyd edib ki, qarşıdurmalar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olub, buna görə də hakimiyyət bundan sonra qanunu pozanlara qarşı mümkün qədər sərt davranmaq niyyətindədir.

Prezident paytaxtda xalqla birlikdə qaldığını qeyd edib və yaxın vaxtlarda yaranmış vəziyyətin həlli üçün yeni təkliflərlə çıxış edəcəyinə söz verib. 

Xatırladaq ki, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində eks-prezident Nursultan Nazarbayev çalışıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO