Paşinyan: “Sovet termini ilə desək, siqaret bundan sonra piştaxtanın altından satılmalıdır”

Paşinyan: “Sovet termini ilə desək, siqaret bundan sonra piştaxtanın altından satılmalıdır”

Hazırda oxunan: Paşinyan: “Sovet termini ilə desək, siqaret bundan sonra piştaxtanın altından satılmalıdır”

53955

Yanvarın 5-də hökumətin iclasında baş nazir Nikol Paşinyan yanvarın 1-dən tütünlə mübarizə qanunvericiliyinin qüvvəyə mindiyini xatırladıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Mənbə qeyd edir ki, səhiyyə naziri Anahit Avanesyan bildirib ki, Ermənistanda 16 yaşdan yuxarı əhalinin 27,9 faizi siqaret çəkir, onların əksəriyyəti kişilərdir: 51 faiz, yəni hər iki kişidən biri siqaret çəkir. 

Nəşr nazirin “bu tapıntısına” ironiya ilə yanaşıb:

“Onun hansı arifmetikadan istifadə etdiyi bəlli deyil. Gətirdiyi rəqəmlər yarısı deyil, altıda biridir”.

“Yanvarın 1-dən hava limanında rüsumsuz ticarət obyektləri istisna olmaqla, mağaza və iaşə obyektlərində tütün məmulatlarının kütləvi nümayişinə qoyulan qadağa qüvvəyə minir, hava limanında rüsumsuz mağazalar istisna olmaqla”, - deyə nazir bildirib və əlavə edib ki, reklam qadağası da qüvvəyə minir.

Baş nazir Nikol Paşinyan vuğrulayıb ki, əslində bundan sonra mağaza və supermarketlərdə satışa çıxarılan siqaret qutuları görünməyəcək. 

Eyni zamanda o, tütündən istifadəni dayandırmağa çağırıb. "Sovet termini ilə desək, siqaret bundan sonra piştaxtanın altından satılmalıdır", - Paşinyan bildirib.
O, əlavə edib ki, mart ayından etibarən bütün qapalı yerlərdə, o cümlədən açıq kafelərdə siqaret çəkmək qadağası qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO