Əfqanıstanın ən yaşlı sakini vəfat etdi - 144 yaşında

Əfqanıstanın ən yaşlı sakini vəfat etdi - 144 yaşında

Hazırda oxunan: Əfqanıstanın ən yaşlı sakini vəfat etdi - 144 yaşında

53902

Əfqanıstanın Samanqan əyalətində ölkənin ən yaşlı sakini 144 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.

Əfqanıstan Milli Televiziyasının məlumatına görə, Mövləvi Məhəmməd Əmin Totor dünən ölkənin şimalındakı Ruyi Du Ab rayonunda vəfat edib.

“Böyük Mövləvi” kimi tanınan Məhəmməd Əmin Totor ölkənin məşhur alimlərindən və ağsaqqallarından biri olub. 90 il əvvəl Əmanullah xanın dövründə Hindistanda Deoband mədrəsəsini bitirib və 15 hökumətin dəyişməsinin şahidi olub. 

Yaxınlarının dediyinə görə, Mövləvi Məhəmməd Əmin dörd dəfə evlənib və həyatında öz uşaqlarının bir neçə nəslini görüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO