İsraildə helikopter qəzaya uğrayıb – FOTO

İsraildə helikopter qəzaya uğrayıb – FOTO

Hazırda oxunan: İsraildə helikopter qəzaya uğrayıb – FOTO

53779

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.

Bizim.Media-nın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Helikopterin yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxdığı və naməlum səbəbdən dənizə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO