“Rusiya ilə Azərbaycanın münasibətləri əməkdaşlığa məcburdur” – Oleq Kuznetsovdan AÇIQLAMA

“Rusiya ilə Azərbaycanın münasibətləri əməkdaşlığa məcburdur” – Oleq Kuznetsovdan AÇIQLAMA

Hazırda oxunan: “Rusiya ilə Azərbaycanın münasibətləri əməkdaşlığa məcburdur” – Oleq Kuznetsovdan AÇIQLAMA

53661

2022-ci ildə Rusiya və Azərbaycan münasibətlərində siyasi-iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək. Rusiyanın hərbi, siyasi və hüquqi məsələlər üzrə tanınmış eksperti Oleq Kuznetsov bu fikirdədir. O xüsusi vurğulayıb ki, dedikləri boş sözlər deyil:

“Bu heç arzu da deyil. Dediklərim real faktın təsdiqidir”.

Bizim.Media-ya özəl müsahibəsində Oleq Kuznetsov siyasi əməkdaşlıqlardan da söz açıb.

İki ölkə arasındakı siyasi əməkdaşlıq Qarabağın Azərbaycana reinteqrasiyası fonunda davam edəcək. Əlbəttə ki, regionda kommunikasiyaların açılması da önəmlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya istehsalı olan Mİ-17 helikopterlərinin partlaması haqqında Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA


“Bu iki məqam ilk növbədə siyasi mahiyyət kəsb edir. Çünki onların praktik realizəsi üçün təkcə siyasi şərtlər yaratmaq yox, həm də beynəlxalq sənədlərlə öhdəliklərin rəsmiləşdirilməsi lazımdır. Belə anlaşma və razılaşmaların imzalanmasına qarant isə Rusiya olmalıdır”. 

Oleq Kuznetsovun fikrincə, bu işlərin reallaşdırılması gündəliyə qarşılıqlı həyata keçirilməli olan iqtisadi məsələlər də daxil edəcək.

Bu həm yeni nəqliyyat yollarının tikintisi, həm də sözügedən dəhlizlərin hansı tərəfin maliyyə vəsaiti ilə inşasına aiddir. Logistika mərkəzlərində operatorların müəyyənləşdirilməsi də önəmlidir.

Ekspert qeyd edib ki, sadalananlar makroiqtisadi məsələlərdir:

“Və dövlətlərarası, ya da beynəlxalq fəaliyyətlə həll olunmalıdır. Bu seqmentdə Rusiya ilə Azərbaycanın münasibətləri əməkdaşlığa məcburdur. Çünki bu əməkdaşlıq olmadan yuxarıda qeyd olunan məsələlərin həlli də mümkünsüzdür”.

Kuznetsovun sözlərinə görə, Qarabağdakı iqtisadi layihələr ümumilikdə qitəni və daha böyük ərazini əhatə edəcək.

Bu isə həm də yaxşı qazanc mənbəyi deməkdir. Bundan başqa Rusiya və Azərbaycan elm, mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq edir. Ekspert düşünür ki, azərbaycanlı tələbələrin Rusiyada ali təhsil almaqları 2022-də davam edəcək.

Əlbəttə biznes əməkdaşlıqlarını da unutmaq olmaz:

“Ona görə də düşünürəm ki, gələn il Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sadəcə davam etməklə kifayətlənməyəcək.  Daha stabil və zəmanətli formada inkişaf edəcək. Bu isə əvvəlki iqtisadi-siyasi addımların məntiqi davamıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO