Osmanlı dövlətinin quruluşundan bəhs edən "Kuruluş Osman" serialının son bölümlərində Vəzir Aləmşah obrazı diqqət çəkir.
Bizim.Media xəbər verir ki, Taner Turanın canlandırdığı Vəzir Aləmşah Anadolu Səlcuqlu dövlətinin vəziri olaraq göstərilir.
Vəzir Aləmşah gerçək tarixdə kimdir və Anadolu Səlcuqlu dövlətinin idarə olunmasında nə kimi rol oynayıb?
Təəssüf ki, tarixi mənbələrdə onun haqqında yetərli məlumat yoxdur. Lakin Sivrihisarda 14-cü əsrə aid gümbəz formasında Aləmşah türbəsi var.
Sözügedən türbə Anadolu Səlcuqlu dövlətinin memarlıq üslubunda inşa edilib. Amma türbənin bəzəyində Orta Asiya motivləri də yer alıb.
Alemşah türbəsinin serialda bəhs edilən gerçək Vəzir Aləmşaha aid olub-olmaması isə bilinmir.
Bizim.Media