Dünyanın ən yaşlı qadınının 119 yaşı TAMAM olur

Dünyanın ən yaşlı qadınının 119 yaşı TAMAM olur

Hazırda oxunan: Dünyanın ən yaşlı qadınının 119 yaşı TAMAM olur

53576

Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yapon qadın Keyn Tanaka bu gün 119 yaşını qeyd edir.

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Tanaka Fukuokadakı qocalar evində yaşayır və bəzi məhdudiyyətlərinə görə qohumları ilə görüşmək imkanı çox azdır.

Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub.

Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış şirniyyat mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxandan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib.

2005-ci ildən Fukuokada qocalar evində yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO