Beyləqanda DƏHŞƏT -  3 yaşlı uşağın yanmış meyiti ÇIXARILDI

Beyləqanda DƏHŞƏT -  3 yaşlı uşağın yanmış meyiti ÇIXARILDI

Hazırda oxunan: Beyləqanda DƏHŞƏT -  3 yaşlı uşağın yanmış meyiti ÇIXARILDI

53570

Beyləqanda yanan evdə azyaşlının meyiti aşkarlanıb.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Şəfəq qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

MÖVZU İLƏ BAĞLI:

Mingəçevir şəhərində güclü partlayış – Bir ev tamamilə yandı – 3 nəfər xəsarət aldı - FOTO


Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO