Səməndər Rzayevin doğum günüdür

Səməndər Rzayevin doğum günüdür

Hazırda oxunan: Səməndər Rzayevin doğum günüdür

53567

Bu gün tanınmış teatr və kino aktyoru Səməndər Rzayevin doğum günüdür. 

Bizim.Media xəbər verir ki, Rzayev Səməndər Mənsim oğlu 1945-ci ildə Ağsuda dünyaya göz açıb.

İncəsənət İnstitutunda təhsil alan görkəmli aktyor Sumqayıt Teatrında çalışsa da, yaradıcılığının ən yaddaqalan illərini Akademik Milli Dram Teatrında keçirib.

60-dan çox filmdə yer alan aktyor teatrda, kinoda, radioda, televiziyada müxtəlif rolların məharətli ifaçısı kimi yadda qalıb.

"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." kimi onlarla tamaşada ifa etdiyi rollar teatr sənəti tarixinə düşüb.

Səməndər Rzayev 1986-cı il martın 27-də 41 yaşında dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO