Belarusa Qərb ölkələrindən ərzaq tədarük olunmaycaq - Qadağa qüvvəyə mindi

Belarusa Qərb ölkələrindən ərzaq tədarük olunmaycaq - Qadağa qüvvəyə mindi

Hazırda oxunan: Belarusa Qərb ölkələrindən ərzaq tədarük olunmaycaq - Qadağa qüvvəyə mindi

53483

Belarusda Qərb ölkələrindən ərzaq tədarükünə qadağa qüvvəyə minib. Bu tədbir Minskə qarşı tətbiq edilən sanksiyalara cavab idi.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarus mətbuatı yayıb.

Mənbə qeyd edir ki, yanvarın 1-dən qadağan olunan malların siyahısına ət, kolbasa, içalat, duz, qənnadı məmulatları, süd, meyvə və s. daxildir. Ümumilikdə 20-dən çox məhsulun adı var.

Embarqo altı ay müddətinə Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Norveç, Albaniya, İslandiya, Şimali Makedoniya, İngiltərə, Monteneqro və İsveçrə üçün tətbiq edilib.

İstisna belarusların şəxsi istehlak üçün idxal etdiyi mallardır. Həmçinin, uşaq qidası və bəzi digər kritik məhsulların tədarükünə icazə verilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO