İş günü hesab edilməyən bayram günləri qabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, iş günü hesab edilməyən bayram günləri görülən işə görə əmək haqqının ödənilməsi bir neçə formada həyata keçirilə bilər:
Belə ki, əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir.
Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsalat qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, həmçinin su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrdə işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün və fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrinin işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, bayram günlərində işə cəlb oluna bilərlər.
Bildirilib ki, hamilə, üç yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçiləri iş günü hesab edilməyən bayram günləri işəgötürən tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməsi yolverilməzdir.
Eyni zamanda üç yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:19 / 01.01.2022
Bayram günlərində işləyənlərə əmək haqqı belə hesablanacaq - VİDEO
Hazırda oxunan: Bayram günlərində işləyənlərə əmək haqqı belə hesablanacaq - VİDEO
Hazırda oxunan: Bayram günlərində işləyənlərə əmək haqqı belə hesablanacaq - VİDEO
53468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.