Yeni il gecəsi bu rayonda 5 yanğın QƏSDƏN TÖRƏDİLİB? – Araşdırma aparılır

Yeni il gecəsi bu rayonda 5 yanğın QƏSDƏN TÖRƏDİLİB? – Araşdırma aparılır

Hazırda oxunan: Yeni il gecəsi bu rayonda 5 yanğın QƏSDƏN TÖRƏDİLİB? – Araşdırma aparılır

53439

Zaqatalada iki fərdi yaşayış evi və üç mal tövləsi yanıb. Yanğın hadisələri rayonun Əliabad qəsəbəsi və Mosul kəndində baş verib.

Bizim.Media xəbər verir ki, Yeni ilin ilk gecəsi saat 03 radələrində rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Şaban Məhəmməd oğlu Əhmədova məxsus ümumi sahəsi 100 kv/m olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri- İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın son günü saat 23 radələrində rayonun Mosul kəndində, kənd sakini Tərlan Gülməmmədov özünə məxsus fərdi yaşayış evini qəsdən yandırıb.
İlkin məlumata görə, gecə ərazində baş verən beş yanğın hadisəsi qəsdən törədilib. Yanğınların bir-biri ilə əlaqəli olub-olmadığını müvafiq qurumlar araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO