Neftin qiyməti artdı - 12 ilin rekordu

Neftin qiyməti artdı - 12 ilin rekordu

Hazırda oxunan: Neftin qiyməti artdı - 12 ilin rekordu

53364

Bu il neftin qiymətinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb.

Bizim.Media xəbər verir ki, bu il “Brent” markalı neft 53 %, WTI – 57 % bahalaşıb. 

Neft qiymətlərinin artım tempi yalnız 2009-cu ilin göstəricilərindən geri qalır. O zaman qiymətlər 70 %-dən çox artıb.

Bakı vaxtı ilə saat 10:55-ə olan məlumatlara görə, “Brent” markalı neftin bir bareli 79,53 ABŞ dollarına, WTI – 76,95 ABŞ dollarına ticarət olunub.

Qeyd edilir ki, neft fyuçersləri rekord həddə bu ilin oktyabr ayında çatıb. “Brent” 2018-ci ilin rekordunu yeniləyərək bir barel üçün 86,70 ABŞ dollarına kimi bahalaşıb.

WTI-nin qiyməti 2014-cü ildən bu yana ilk dəfə bir barel üçün 85,41 ABŞ dollarına çatıb.

2022-ci ildə neftin dünya qiymətlərinin artmağa davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO