Gəncə polisi nəzarəti gücləndirdi

Gəncə polisi nəzarəti gücləndirdi

Hazırda oxunan: Gəncə polisi nəzarəti gücləndirdi

53308

Bayram günlərində Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeliyində olan qurumların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN–nin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov verib.

Onun sözlərinə görə, şəhər ərazisində ictimai təhlükəsizliyin və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və tənzimlənməsi məqsədilə polis patrullarının sayı artırılacaq. E.Qasımov bayram günlərində restoranlarda və iaşə obyektlərinə vətəndaşların axının nəzərə alaraq pandemiya qaydalarına riayət olunmasına nəzarət məqsədilə reydlərin sayının artırılacağını deyir:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün ictimai iaşə obyektləri gecə saat 2-dək işləyəcək


“Bildiyiniz kimi bayram günlərində vətəndaşlar xüsusi tədbirlərin keçirilməsi üçün restoranlara və iaşə obyektlərinə toplaşır. Unutmaq olmaz ki, hələ də operativ qərargahın qaydalarına uyğun olaraq bu kimi tədbirlərin keçirilməsi qanunla tənzimlənir. Buna görə də həm vətəndaşlarımız, həm də obyekt sahibləri bu qaydalara ciddi riayət etməlidirlər. Əks halda qanun çərçivəsində məsuliyyət daşıyacaqlar” deyə baş inspektor əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO