Tarixçi-alim: ''İran dövləti ingilislər tərəfindən qondarma dövlət kimi yaradılıb''

Tarixçi-alim: ''İran dövləti ingilislər tərəfindən qondarma dövlət kimi yaradılıb''

Hazırda oxunan: Tarixçi-alim: ''İran dövləti ingilislər tərəfindən qondarma dövlət kimi yaradılıb''

5324

İran dövlətinin ağıllı addımı yanlız o ola bilər ki, Azərbaycan türkcəsini ikinci dövlət dili elan etsin. 1935-36-cı illərdə ingilislərin yaratdığı İran dövləti 1956-cı ildən sonra SSRİ ilə sərhədləri niyə bağladı, axı ondan əvvəl Azərbaycanın o tayı da, bu tayı da rahat əlaqə saxlayırdı.

Bizim.Media-ya müsahibəsində bu fikirləri bölüşən tarixçi-alim Dilavər Əzimli bildirdi ki, Araz çayı haqqında bir bayatıya İranın qıcıqlanması fars şovinizmindən qaynaqlanır. 

“Bu kimi qədim bayatılar isbat edir ki, biz bu ərazilərin ən köklü sakinləriyik. İranı qıcıqlandıran məqamlardan biri də budur. Ümumiyyətlə, bizim tarixən hər itirilən əraziyə aid bayatı və digər ədəbiyyat nümunələrimizin olması bu torpaqlara necə bağlı olduğumuzu göstərir. Fars şovinizmi isə, bunu anlamaq istəmir”.

Dünyada Hind, Çin, Ərəb və s. şovinizmlərin oduğunu dilə gətirən tarxiçi, şovinizmlərdən ən təhlükəlisinin elə fars şovinizmi olduğunu bildirdi. Bunun isə, səbəbi var: 

“Fars şovinizminin təhlükəli olmaq səbəblərindən başlıcası onların yad torpaqlarda özlərinə yer edib dövlət qurmasıdır. Bildiyiniz kimi, dünyada bir çox dövlətlər var ki, onlar qondarma yaradılıb. Elə biri də Ermənistandır”

Qondarma dövlətlər siyahısına İranı da əlavə edən Dilavər Əzimli farsların xətrinə dəymək istəmədiyini söyləsə də,

“Amma fars dili də qondarma dildir. Onların lüğətinin 70-90 faizindən çoxu ərəb sözləridir. Dilləri bir yana, farslar millət kimi də qondarma yaradılıb. Onlar regiondakı bütün mədəniyyətləri mənimsəyiblər, bunu Herodot da yazıb”.

Qədim yunan tarixçisinin Tarix kitabında deyilir ki, farslar bu ərazilərə gələndə mədəniyyətsiz idilər.

“Bəli, farslar da ermənilər kimi şudra qaraçıları idi. Ən azından dil, adət-ənənə və mədəniyyətlərinin olmadığı bunu təsdiqləyir. Herodot yazır ki, onlar bu zonadakı daha əvvələ dayanan mədəniyyəti mənimsədilər. Ümumiyyətlə, yad mədəniyyətlərin üzərində qurulan sistem və qondarma dövlətlərdə şovinizm yüksək olur”.

İran şovinizmindən bəhs edən tarixçi Dilavər Əzimli pandemiyadan əvvəl Tehrandan Bakıya hətta bir farsın qaçıb, gəldiyindən danışdı:

“Təsəvvür edin, tanıdığım çox bacarıqlı, beynəlxalq mütəxəsis idi. Ona iş tapmaqda yardımçı olmağımı rica etmişdi. Şovinist olmadığına görə, Tehranda bu farsı işlə təmin etmir, əksinə təqib edirdilər.”

“Buna görə də İranlı şovinistlərin Azərbaycanın Zəfər paradında Türkiyə liderinin səsləndirdiyi bayatıya münasibəti belə olmalı idi” deyən tarixçi “Apardı sellər Saranı” gəraylısından da bəhs etdi. Bu şeirin tarixinin isə, Azərbaycan-Rusiya müharibəsinə söykəndiyini dedi:

“Bunu bəzi tarixçilər İran-Rusiya savaşı kimi qələmə verir, amma yox, döyüşlər Azərbaycan torpaqlarında gedirdi və Qacar da türk idi, fars deyildi. Nəğmə halına düşmüş folklor nümunəsinin personajları isə, savaş nəticəsində ayrı düşmüş şairimiz Seyid Əbülqasim Nəbati və nişanlısı Sara idi.”

Tarixçi Araz çayı haqqında bayatıya etiraz səsləndirən fars deputatlardan soruşur ki: 

“1956-cı ilə qədər şimallı, cənublu azərbaycanlılar arasında rahat gediş-gəliş var idi. Niyə sərhədi bağlayıb, xalqı ayırdınız? Bilmirsiniz ki, millət bütövləşməyə doğru getməlidir? Sonuncu hadisə Azərbaycan türklərinin oyanışının sürətlənməsi idi. Günahkar isə, farsların özləridir. Buna siyasi don geyindirdilər. İran dövlətinin ağıllı addımı yanlız o ola bilər ki, Azərbaycan dilini ikinci dövlət dili elan etsin”. 

İranlı deputatların “bu torpaqlar Bakıya qədər bizim olub” ifadəsini şərh edən Dilavər Əzimli 1935-36-cı illərdə farsları hakimiyyətə gətirərək, İran dövlətini ingilislərin qurduğunu vurğuladı.

“İran sözü nə coğrafi, nə iqtisadi, nə də tarixi ərazidi” deyən tarixçi farsların ermənilər kimi müxtəlif miflərlə özlərinə tarix uydurduqlarını bildirdi. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO