Ən effektiv vaksin istehsal edən hansı ölkədir? - TƏBİB AÇIQLADI

Ən effektiv vaksin istehsal edən hansı ölkədir? - TƏBİB AÇIQLADI

Hazırda oxunan: Ən effektiv vaksin istehsal edən hansı ölkədir? - TƏBİB AÇIQLADI

5314

“Rusiyada hazırlanan vaksinlərin effektivliyinin 92% olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib”.

Bizim.Media-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, ABŞ-da hazırlanan vaksinin isə 95% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib:

“Hazır olan vaksinlərdən Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi "CoronaVac" vaksinin ilkin nəticələrə görə 95-97% effektivliyinin olması açıqlanıb. Bu vaksin ənənəvi üsullarla hazırlanıb.

Ənənəvi vaksinlərdən bəşəriyyət 100 ildən çoxdur ki, istifadə edir. İnfeksiyaya səbəb olan törədicilər iki üsulla zərərsizləşdirilir. Törədici mikroorqanizm qismən məhv edilir. İkincisi isə tam mikroorqanizmin öldürülməsidir. Vaksin bədənə inyeksiya ediləndə virusda zərərli maddəni zərərsizləşdirir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO