Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alıram:
2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılsın”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 29.12.2021
Azərbaycanda aztəminatlı ailələrin hər birinə birdəfəlik 100 manat veriləcək
Hazırda oxunan: Azərbaycanda aztəminatlı ailələrin hər birinə birdəfəlik 100 manat veriləcək
Hazırda oxunan: Azərbaycanda aztəminatlı ailələrin hər birinə birdəfəlik 100 manat veriləcək
53102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.