Dünyada neftə gündəlik tələbat gələn il 100 milyon barelə çatacaq – Moskvadan PROQNOZ

Dünyada neftə gündəlik tələbat gələn il 100 milyon barelə çatacaq – Moskvadan PROQNOZ

Hazırda oxunan: Dünyada neftə gündəlik tələbat gələn il 100 milyon barelə çatacaq – Moskvadan PROQNOZ

53040

2022-ci ildə bir barel neftin 65-80 dollara satışı Rusiya üçün məqbuldur.

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya baş nazirinin müavini Aleksandr Novak “RBK” kanalına müsahibəsində bildirib. 

O, qeyd edib ki, Rusiyanın 2022-ci il büdcəsində bir barel neftin qiyməti 44,2 dollar məbləğində nəzərdə tutulub.

Gələn il neftə tələbatın daha 4 milyon barel artacağını ehtimal edən A.Novak pandemiyanın davam etməsinə baxmayaraq, neft istehlakının artdığını vurğulayıb.

Rusiya 2030-cu ilin sonlarına kimi neft hasilatını 550-560 milyon ton həcmində saxlayacaq. A.Novakın fikrincə, gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO