“Azərbaycan bank sektorunda innovasiyalar üzrə regionun lideridir” – Cənubi Koreya şirkətinin rəsmisi

“Azərbaycan bank sektorunda innovasiyalar üzrə regionun lideridir” – Cənubi Koreya şirkətinin rəsmisi

Hazırda oxunan: “Azərbaycan bank sektorunda innovasiyalar üzrə regionun lideridir” – Cənubi Koreya şirkətinin rəsmisi

52997

“Bu gün Azərbaycanı bank sektorunda rəqəmsal texnologiyaları fəal şəkildə inkişaf etdirən ölkə kimi xarakterizə etmək olar. Maliyyə sektorunda mütərəqqi dövlət məmurları var. Bir çox Azərbaycan bankları var ki, onlar həm müştəri xidməti, həm də effektiv idarəetmə üçün rəqəmsal texnologiyaları fəal şəkildə tətbiq edirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Koreyanın bank avadanlığı istehsalçısı “HyosungTNS Inc”in törəmə şirkəti olan “Hyosung RUS MMC”nin satış direktoru Vitali Nikiforov haqqın.az saytının “Xarici təşkilatlar Azərbaycanın maliyyə sektorunu yüksək qiymətləndirirlər.

Bu təxminlər maliyyə və iqtisadi göstəricilərə əsaslanır. Qlobal tendensiyalarla müqayisədə rəsmi Bakının bank sektorunda innovasiyalarla bağlı vəziyyəti necədir?” sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, “Hyosung TNS Inc” qabaqcıl avadanlıqlarından istifadə etməklə bank müştərilərinə Azərbaycanın hər yerində bank filiallarına getmədən uzaqdan həm maliyyə, həm də əlaqəli xidmətlərdən geniş istifadə etmək imkanı verəcək:

“Azərbaycanın maliyyə bazarında distant bank xidmətləri sahəsində rəqəmsal texnologiyaların inkişafı üçün böyük potensial var.
Bütün bu amillər onu göstərir ki, bu gün Azərbaycan innovasiyaların tətbiqi üçün yüksək potensiala malik azsaylı ölkələrdən biridir və şirkətimiz başqaları ilə yanaşı, öz istehsalımızın avadanlıqları əsasında innovativ texnologiyaların tətbiqi ilə məşhurdur. Şirkətimizin böyük marağı məhz Azərbaycanda rəqəmsallaşma ilə bağlı mövcud tendensiya ilə bağlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO