Azərbaycanda icra başçısı şəhid övladları ilə rəqs etdi - FOTO

Azərbaycanda icra başçısı şəhid övladları ilə rəqs etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda icra başçısı şəhid övladları ilə rəqs etdi - FOTO

52961

Qubada şəhid ailələrinin uşaqları üçün tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin və "Vətən Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə şəhid övıadları üçün xoş saatlar yaşanıb.

Musiqi və rəqs nömrələri uşaqların ürəyincə olub.

Rayonun icra başçısı Ziyəddin Əliyev şəhid övladları ilə  rəqs edib, onların bayram sevincinə şərik olub.

Rayon rəhbəri şənliyin iştirakçısı olan şəhid yadigarlarına nəfis və xüsusi hazırlanmış bayram hədiyyələri təqdim edib.

İcra başçısı çıxışında dövlətin həmişə Qarabağı bizə qaytarmış şəhidlərin övladlarının yanında olduğunu və olacağını qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO