Vergi ödəyiciləri bunu etməsələr, məsuliyyət daşıyacaqlar - Vergi Məcəlləsində DƏYİŞİKLİK

Vergi ödəyiciləri bunu etməsələr, məsuliyyət daşıyacaqlar - Vergi Məcəlləsində DƏYİŞİKLİK

Hazırda oxunan: Vergi ödəyiciləri bunu etməsələr, məsuliyyət daşıyacaqlar - Vergi Məcəlləsində DƏYİŞİKLİK

52915

Azərbaycanda vergi ödəyicisinin tələb olunan məlumatları təqdim etməməsinə görə müvafiq məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, dəyişikliklərdən biri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin mənfəət (gəlir) bəyannaməsi ilə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatları, habelə vergi orqanının tələbi ilə orta və iri sahibkarlıq subyektlərinin maliyyə hesabatlarını vergi orqanına təqdim etməsi ilə bağlıdır.

Məlumatlar İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi forma əsasında təqdim ediləcək.

Dəyişiklik vergi ödəyicisi mənfəət (gəlir) vergisinin bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının daha effektiv həyata keçirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi, ödəyicinin fəaliyyəti ilə bağlı məlumat bazasının genişləndirilməsi və vergi orqanının vergilərin hesablanmasında istifadə olunan məlumatları daha çevik əldə etməsi məqsədi daşıyır.

Belə ki, vergi ödəyicisinin debitor və kreditor borcları onun digər şəxslərlə həyata keçirdiyi ticarət əməliyyatları üzrə aparılan hesablaşmaların qalıqlarını müəyyən edir.

Vergi orqanının debitor borclar barədə adlı siyahı üzrə məlumatları əldə etməsi vergi ödəyicisinin apardığı əməliyyatlar üzrə gələcək dövrdə əldə ediləcək pul vəsaitlərinin, habelə vergi ödəyicisinin gəlirlərinin, o cümlədən ƏDV ödəyiciləri üzrə ƏDV öhdəliyinin müəyyənləşdirilməsində mühüm inzibatçılıq aləti kimi çıxış edəcək.
Bununla da vergi orqanı ilə vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyacaq.

Bir sıra hallarda vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərini pozmaqla alınmış mal, iş və xidmətlərin dəyərini nağd qaydada ödəyir, lakin uçotda həmin məbləği kreditor borc kimi əks etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO