Paşinyan Arayiki devirə biləcəkmi? – “Artsax” subyektivliyinin son günlərini YAŞAYIR

Paşinyan Arayiki devirə biləcəkmi? – “Artsax” subyektivliyinin son günlərini YAŞAYIR

Hazırda oxunan: Paşinyan Arayiki devirə biləcəkmi? – “Artsax” subyektivliyinin son günlərini YAŞAYIR

52845

“Artsax”da (Qarabağda qondarma rejim) fövqəladə vəziyyət yaranıb. Siyasi elita - müxalifətdən tutmuş “respublika”nın hakimiyyət orqanlarına qədər Ermənistan rəhbərliyinə öz qəzəblərini bildiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Arayik Arutyunyan Paşinyanın rədd edilməsi prosesinə (“Artsax”dan başlayan) son qoya biləcəkmi, yoxsa ona qarşı təhlükə artıq neytrallaşdırılıb və “Artsax”ın dövlət maraqları daha önəmli deyil?

Yada salaq ki, Paşinyan mətbuat konfransında bəyan etmişdi ki, ona elə bir danışıqlar irsi miras qalıb ki, o, “Artsax”ın ermənilərə məxsus olub-olmadığını deyə bilməz.

Lakin o, bu bəyanatı sübut edəcək heç bir sənədi ictimaiyyətə açıqlamayıb. Paşinyan il boyu, xüsusən də son günlər “Artsax”ın azərbaycanlaşdırılması ilə bağlı özünün planını həyata keçirməyə çalışır.

Fakt budur ki, Paşinyan Samvel Babayan vasitəsilə ilk növbədə “Artsax”da büdcənin qəbuluna mane olmağa, sonra isə “respublika prezidenti”nə (Arayik nəzərdə tutulur) qarşı impiçment elan etməyə cəhd göstərir. Nəticədə “Artsax” öz subyektivliyini və prezident seçmək imkanını itirməli olacaq.

Lakin Arayik Arutyunyan bu sui-qəsd planından xəbərdar olub, müxalifətlə məsləhətləşmələr nəticəsində bu planın birinci hissəsinin həyata keçirilməsinə mane ola bilib  və büdcə qəbul edilib.

“Artsax”da istisna etmirlər ki, tezliklə bu prosesin ikinci seriyası başlayacaq. Babayan müəyyən dairələr vasitəsilə Arutyunyana qarşı etiraz yaratmağa çalışacaq. Yeri gəlmişkən, dekabrın 23-də büdcə layihəsinin qəbulundan sonra Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, onun təklifi rədd edilib”, - deyə qəzet vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO