Ermənilər Zəngəzurdan keçən dəmir yoluna nə qədər pul xərcləyəcək?

Ermənilər Zəngəzurdan keçən dəmir yoluna nə qədər pul xərcləyəcək?

Hazırda oxunan: Ermənilər Zəngəzurdan keçən dəmir yoluna nə qədər pul xərcləyəcək?

52815

Ermənistan ərazisində Arazdəyən (Yerasx) - Culfa - Ordubad - Meğri (Zəngəzur) - Horadiz dəmir yolunun bərpasına çəkilən xərclər təxminən 226 milyon dollar təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

“Meğri bölgəsindəki işlərin 221 milyon dollara başa gələcəyi gözlənilir, dəmir yolu hissəsinin uzunluğu təxminən 45 kilometr olacaq. Bundan əlavə, Yerasx ərazisində (təxminən bir kilometr) avtomobil yolunun bərpası üçün təxminən 5 milyon dollar tələb olunacaq”, deyə xəbər agentliyi qeyd edib.

“Hesablamalar köhnə infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılır”, - deyə nazirlikdən bildirilib.

İdarədən qeyd ediblər ki, əlavə infrastrukturun yaradılmasından və onun tikintisinin dəqiq dəyərindən yalnız layihənin texniki-iqtisadi əsaslandırması tərtib edildikdə danışmaq mümkün olacaq.

Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, Ermənistan və Azərbaycan Arazdəyəndən Füzuliyə dəmir yolunun tikintisini iki-üç il ərzində başa çatdırmağı planlaşdırır.

Bərpası haqqında ən yüksək siyasi səviyyədə razılıq əldə edilmiş Azərbaycanla dəmir yolunun iki hissəsinin tikintisinə 1,2 milyard dollar lazımdır. Bu barədə dekabrın 16-da Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO