Paşinyan “Qarabağ klanı”nı necə cəzalandıracaq? – Fikrət Sadıxovdan ŞƏRH

Paşinyan “Qarabağ klanı”nı necə cəzalandıracaq? – Fikrət Sadıxovdan ŞƏRH

Hazırda oxunan: Paşinyan “Qarabağ klanı”nı necə cəzalandıracaq? – Fikrət Sadıxovdan ŞƏRH

52692

Ermənistan Baş naziri Nikol Paşinyanın son günlər Qarabağla bağlı səsləndirdiyi fikirlər təkcə erməni cameəsində yox, bütün bölgədə əsas gündəm mövzularından birini təşkil etməyi bacarıb.

Erməni lider şənbə günü mətbuata açıqlamasında “Dağlıq Qarabağın statusu məsələsi Azərbaycan Konstitusiyasına əsasən həllini tapacaq”, deyə qeyd edib. 

Bazar günü gələn açıqlamalarda isə, erməni ictimaiyyəti, eyni zamanda qondarma rejimin tör-töküntüləri tərəfindən ciddi etirazlar doğurmasına baxmayaraq, Paşinyan fikirlərinin arxasında durmaqla, sözügedən situasiyanın yaranmasında əsas günahkar kimi sələflərini hədəfə çevirdi.
Nikolun bu cür mövqe sərgiləməsi isə, bir sıra sualların meydana çıxmasına səbəb olub.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov Paşinyanın bu açıqlamanı verməsini bir neçə amillə əlaqələndirib:

MÖVZU İLƏ BAĞLI:

Bakı sülhməramlılardan nə tələb etməlidir? - Fikrət Sadıxovdan ŞƏRH 

“İlk olaraq, Soçi və Brüssel görüşlərini qeyd etməliyik. Görünür, müzakirələrin nəticələri Paşinyanı belə bir addım atmağa vadar etdi. Təbii ki, digər əsas amil də odur ki, bizim Ermənistana həm fərdi, həm də diplomatik hücumedici addımlarımız bu nəticəni doğurdu. Diqqət yetirin, bu fikirlər Brüssel görüşündən sonra səsləndi”.

Politoloq, Paşinyanın açıqlamasının hələ prosesin sonu demək olmadığına da diqqət çəkib:

“Lakin sevinmək üçün hələ kifayət qədər səbəb yoxdur. Çünki Paşinyanın ifadələri və əməlləri arasında, bəzi hallarda böyük bir uyğunsuzluq müşahidə olunur. Yəni, bu, o demək deyil ki, Ermənistan lideri dediklərinə dərhal əməl edəcək. Bu səbəbdən də, biz öz təzyiqlərimizi davam etdirməliyik. İrəvana izah edilməlidir ki, Azərbaycanın tələblərinə əməl etməkdən başqa çıxış yolları qalmayıb”.

Fikrət Sadıxovun fikrincə, Nikolun “status” açıqlaması, Ermənistan iqtidarı ilə “Qarabağ klanı” arasında toqquşmaya səbəb olacaq:

“Aydın məsələdir ki, Paşinyan status məsələsinə mövqe bildirməklə, “Qarabağ klanı”na da ciddi zərbə vurdu. Klan hal-hazırda Paşinyanın əsas siyasi rəqibidir və onların nümayəndələri də Xankəndindəki “parlamentdə” əyləşiblər. Separatçı rejimin bütün fəaliyyəti isə, klandan gələn təlimatlara əməl etməkdir. Bu o deməkdir ki, açıqlamalar hazırki Ermənistan hakimiyyəti ilə, “Qarabağ klanı” arasında toqquşmaya gətirib çıxaracaq”.

Politoloq onu da qeyd edib ki,  qondarma rejimin son ümid qapısı olan İrəvandan ümidinin kəsilməsi artıq onların taleyini tam şəkildə həll edib:

“Ermənilər başa düşməlidirlər ki, separatçı rejimin taleyi artıq həll olunub. Çünki yeni regional reallıqlar bu cür situasiyanı meydana çıxarıb”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO