Son zamanlar sosial şəbəkələrdə vətəndaşlar xəbərdarlıq almadan cərimələndiklərini qeyd edirlər. Şikayətdə vətəndaş qeyd edir ki, şəxsi elektron kabinetində İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsi ilə 100 manat cəriməsinin olduğu yazılıb. Lakin cərimə olunduğu yer haqqında məlumat verilməyib.
Bizim.Media olaraq məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevdən açıqlama aldıq.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
DİN rəsmisi bildirib ki, vətəndaş karantin rejimini pozduğu halda polislərin həmin şəxs barəsində xəbərdarlıq etmədən cərimə yazması doğru haldır:
“İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsinin cəza hissəsində xəbərdarlıq anlayışı yoxdur. Birbaşa inzibati tənbeh növündə cəza cərimə ilə nəticələnir. Şəxsi kabinetdə cərimə hadisəsinin baş verdiyi məkan göstərilmir. Bunun üçün birbaşa olaraq polis şöbəsinə müraciət edib, məlumat ala bilərlər”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 27.12.2021
Polis əməkdaşı xəbərdarlıq etmədən cərimə yaza bilərmi? - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Polis əməkdaşı xəbərdarlıq etmədən cərimə yaza bilərmi? - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Polis əməkdaşı xəbərdarlıq etmədən cərimə yaza bilərmi? - DİN-dən AÇIQLAMA
52653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.