“Üçtərəfli bəyanatların icra edilməsi ilə bağlı bütün platformalar üzrə 3 istiqamətdə müzakirələr aparılıb”.
Bizim.Media xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.
“Birinci məsələ, bölgədə olan nəqliyyat-kommunikasiya xətlərinin təşkili və bərpasıdır. Ötən il bu barədə davamlı müzakirələr aparılıb.
İkinci önəmli məsələ Azərbaycanla Ermənistan arasında dövlət sərhədlinin müəyyənləşdirilməsi, delimitasiya üçün işçi qrupun yaradılmasıdır.
Üçüncü əsas məsələ isə Prezident İlham Əliyev tərəfindən irəli sürülən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması üçün beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətin tənzimlənməsidir”, - deyə XİN başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:22 / 27.12.2021
Üçtərəfli bəyanatların icrasında əsas 3 istiqamət hansılardır? - Ceyhun Bayramov AÇIQLADI
Hazırda oxunan: Üçtərəfli bəyanatların icrasında əsas 3 istiqamət hansılardır? - Ceyhun Bayramov AÇIQLADI
Hazırda oxunan: Üçtərəfli bəyanatların icrasında əsas 3 istiqamət hansılardır? - Ceyhun Bayramov AÇIQLADI
52637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.