"Mançester Siti" - "Lester" oyununda 9 qol

Hazırda oxunan: "Mançester Siti" - "Lester" oyununda 9 qol

52590

İngiltərə Futbol Çempionatının 19-cu turu çərçivəsində "Mançester Siti" doğma meydanda "Lester" komandasını 6:3 hesabı ilə məğlub edib.

Bizim.Media-nın məlumatına görə, qaliblərin heyətində Kevin De Bruyne (5-ci dəqiqə), Riyad Marez (14, penalti), İlkay Gündoğan (21), Rəhim Sterlinq (25, penalti, 87) və Emerik Lyaport (69) fərqləniblər. "Lester"in heyətində qolları Ceyms Meddison (55), Ademola Lukman (59) və Keleçi İheanaço (66) vurublar.

“Mançester Siti” Premyer Liqada ardıcıl 9-cu qələbəsini qazanıb və 19 oyundan sonra 47 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 17 oyundan sonra 22 xal toplayan "Lester" onuncu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO