Moskvada daha bir görüş: Bu dəfə Azərbaycan və Ermənistan mədəniyyət xadimləri bir araya gəldi

Moskvada daha bir görüş: Bu dəfə Azərbaycan və Ermənistan mədəniyyət xadimləri bir araya gəldi

Hazırda oxunan: Moskvada daha bir görüş: Bu dəfə Azərbaycan və Ermənistan mədəniyyət xadimləri bir araya gəldi

52394

Azərbaycandan olan həmkarları ilə Moskvada keçirilən görüşdə iştirak edən erməni mədəniyyət işçilərinin adları məlum olub.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, görüşün Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə təşkil edildiyi müəyyənləşib.

Erməni tərəfdən İrəvan Dövlət Tibb Universitetinin rektoru Mxitar Heratsi Armen Muradyan, Ovannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissor Arutyun Xaçatryan iştirak edib.

Bu, 44 günlük müharibədən sonra bu formatda ilk görüşdür. Ruben Babayan “Sputnik Ermənistan”ın məlumatını təsdiqləyib. 

Azərbaycan nümayəndə heyətinin tərkibi isə belə olub: Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova.

Bu barədə informasiyanı diplomatik mənbə yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO