Zelenskidən İlham Əliyevə ad günü TƏBRİKİ

Zelenskidən İlham Əliyevə ad günü TƏBRİKİ

Hazırda oxunan: Zelenskidən İlham Əliyevə ad günü TƏBRİKİ

52317

Dekabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, Volodimir Zelenski dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO