DYP-dən sürücülərə MÜRACİƏT: “Enişli-yoxuşlu yollarda diqqətli olun”

DYP-dən sürücülərə MÜRACİƏT: “Enişli-yoxuşlu yollarda diqqətli olun”

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT: “Enişli-yoxuşlu yollarda diqqətli olun”

51931

"Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb".

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə XƏBƏRDARLIQ


"Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaq. Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir".

V.Əsədov bildirib ki, hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir:

"Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO