Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, iclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.
İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edilib.
İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənilib və müvafiq tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:11 / 21.12.2021
Hökumət iqlim dəyişikliyi və onun təsirlərini müzakirə etdi - FOTO
Hazırda oxunan: Hökumət iqlim dəyişikliyi və onun təsirlərini müzakirə etdi - FOTO
Hazırda oxunan: Hökumət iqlim dəyişikliyi və onun təsirlərini müzakirə etdi - FOTO
51815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.