Belarus səfirliyinə hücum - Diplomatın burnu sındırıldı - VİDEO

Belarus səfirliyinə hücum - Diplomatın burnu sındırıldı - VİDEO

Hazırda oxunan: Belarus səfirliyinə hücum - Diplomatın burnu sındırıldı - VİDEO

51620

Belarusun Londonda yerləşən səfirliyinə hücum edilib.

Bizim.Media "TASS"-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb. 

"Dekabrın 19-da axşam saatlarında naməlum şəxslər diplomatik nümayəndəliyin binasının fasadını dağıdıblar. Daha sonra Belarus diplomatlarına hücum edilib. Onlardan biri ağır xəsarət alıb və ona təcili tibbi yardım göstərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Azərbaycan səfirliklərinə qarşı təxribata başlayıblar - FOTO


Səhiyyə müəssisəsində burun sınığı, yüngül beyin silkələnməsi və dişinin travmatik sınığı diaqnozu qoyulub. Hüquq-mühafizə orqanları gələndə hücum edənlər gizlənməyə çalışıblar. Bir neçə nəfər diplomatik polis tərəfindən saxlanılıb", -deyə məlumatda qeyd edilib.

Hadisədən sonra Böyük Britaniyanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb. Belarus tərəfi hücumun hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO