Təhsil Nazirliyi bağçalara uşaq qəbulunda hansı sistemi tətbiq edəcək? – Ekspertdən AÇIQLAMA 

Təhsil Nazirliyi bağçalara uşaq qəbulunda hansı sistemi tətbiq edəcək? – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Təhsil Nazirliyi bağçalara uşaq qəbulunda hansı sistemi tətbiq edəcək? – Ekspertdən AÇIQLAMA 

51579

“Bağçalara elektron qəbul prosesi sürətlənə biləcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

Uşaq bağçaları İcra Hakimiyyətindən alındı - Təhsil Nazirliyinə verildi


Onun sözlərinə görə xeyli müddət öncə antikorrupsiya və açıq hökumət çərçivəsində keçirilən bir dövlət tədbirində Təhsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti nümayəndəsinə bağçalara elektron qəbul sisteminin qurulmasında kömək edə biləcəyini bildirmişdi:

“Qeyd edim ki, Nazirliyin hazırda işlək vəziyyətdə olan oxşar elektron sistemləri var. İcra nümayəndəsi isə bunu özlərinin edəcəklərini qeyd etmişdi. Uzun illər keçsə də, dəfələrlə məsələ qaldırılmasına baxmayaraq İcra hakimiyyəti bu elektron qəbul sistemini qurmadı və ya qurmaq istəmədi. Elektron hökumətin inkişafına cavabdeh qurum da dövlətin rəqəmsal resurslarından effektiv istifadəyə yetərincə diqqət yetirmədi.

Odur ki, cari ilin əvvəli BŞİH hazır elektron sistemi TN-dən əldə etmək əvəzinə, “Eurodesign” şirkətinə bu sistemin qurulması üçün 388 000 min manat dövlət vəsaiti ödədi. Hələlik bu sistemin yalnız Nizami rayonunda pilot olaraq qurulduğu bildirilib”.
Osman Gündüz vurğulayıb ki, bu gün Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzaladı:

“İnanıram ki, Təhsil Nazirliyi elektron qəbul sistemini bağçalara daha effektiv formada tətbiq edə biləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO