Azərbaycanda bu qərarları icra etməyənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda bu qərarları icra etməyənlər CƏRİMƏLƏNƏCƏK

Hazırda oxunan: Azərbaycanda bu qərarları icra etməyənlər CƏRİMƏLƏNƏCƏK

0:00
0:00
51517

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO