Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı və Şamaxı Olimpiya İdman Komplekslərinin, Qobustan idman kompleksinin fəaliyyətləri ilə tanış olub.
O, müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.
Bizim.Media