Nazir müavini:

Nazir müavini: "Bu müəllimlər 1250 manat maaş alacaqlar"

Hazırda oxunan: Nazir müavini: "Bu müəllimlər 1250 manat maaş alacaqlar"

51203

“Bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.

Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

İ.Vəliyev əlavə edib ki, lisey və gimnaziyalarda çalışan müəllimlərin sayı təxminən 5,2 min nəfərdir.

Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, bu müəllimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. 

"Eyni zamanda xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, - İ.Vəliyev bildirib.

Nazir müavini gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşlarının da 40 faiz artırıldığını diqqətə çatdırıb. İ.İsayevin sözlərinə görə, onların maaşları təxminən 480-500 manat olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO