Məktəbli və şagirdlərin görünüşü ilə bağlı məsələ gündəmə gəlib. Son zamanlar yeniyetmə oğlanlar arasında məktəbli üçün uyğun tərz olmayan müxtəlif sac düzümlərindən istifadə halları artıb. Problem ən çox yuxarı sinif şagirdləri arasında yaşanır. Oğlanların əksəriyyəti təhsil ocağına ya saqqalda, ya uzun saçda, ya da dar balaqlı şalvarda gəlirlər.
Bəzi düşüncələrə görə bu ilk növbədə məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında problemlər yaradır.
Sovet dövründə bir qayda olaraq oğlan və qız şagirdlərinin saç düzümləri klassik formada olurdu. Həmin dövrdə sözügedən klassik və standart formadan kənara çıxmaq həm nəzarət səbəbindən, həm də mental dəyərlərə görə mümkün deyildi.
MÖVZU İLƏ BAĞLI:
İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO
Müasir zamanda isə yeniyetməliyə addımlayan şagirdlər, yaxud da tələbələr görünüşləri ilə bağlı özləri qərar verir, öz istəklərini yürütmüyə çalışırlar. Valideynlər isə bir qayda olaraq övladlarının azadlıqlarına müdaxilə etməmək və onları incitməmək üçün güzəştə getməyə çalışırlar.
Bu da həmişə uğurla nəticələnmir. Bəzən sərbəst görünüşü seçən övladları gərəksiz problemlərlə qarşılaşır, yaxud da kimlərsə tərəfindən alçaldılaraq, ironiya mənbəyinə çevrilirlər. Nəticə etibarilə cəmiyyətdə ikitirəlik yaşanır.
Ümumiyyətlə təhsil ocağına oğlanların uzun saçla, saqqal və ya dar balaqlı şalvarla gəlməsi düzgündürmü?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan filologioya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov bildirib ki, tələbələr arasında görünüş və forma ilə bağlı məhdudiyyət olmamalıdır:
“Bu, bir qədər də şəxsi məsələdir və pedaqoji müstəviyə daşımaq lazım deyil. İnsanlara sərbəstlik vermək lazımdır. Tələbə necə geyinir, saç düzümünü necə edir, şəxsi işidir. 17 və 18 artıq formalaşmış yaşdır. Bu baxımdan insanların şəxsi azadlığına müdaxilə etmək düzgün deyil. Orta məktəbdə isə oğlan şagirdlərin saqqal saxlaması və saçını uzatması düzgün deyil”.
Firudin Cəlilovun sözlərinə görə XXI əsrdə yaşayırıq və biz artıq görünüşlərə adət etməliyik:
“Digər inkişaf etmiş və mədəni ölkələrdə vəziyyət necədirsə, bizdə də elə olmalıdır. İnsanlar dünyanın bütün ölkələri ilə əlaqə saxlaya bilir, filmlər izləyir və kitablar oxuyurlar. 18 yaş gəncin kişiləşmə dövrüdür. Bu yaşda oğlanlar özlərini göstərmək üçün saqqal saxlaya və sərbəst geyinə bilər. Buna müdaxilə ediriksə, onu sındırmış oluruq. Mən insanlara azadlıq verməyin tərəfdarıyam”.
Qeyd edək ki, Təhsil Nazirliyinin mövqeyinə görə məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil.
Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir. Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 17.12.2021
Keçmiş Təhsil nazirindən SƏRT MÖVQE: “Şagirdlərin saç-saqqalla məktəbə gəlməsi düzgün deyil”
Hazırda oxunan: Keçmiş Təhsil nazirindən SƏRT MÖVQE: “Şagirdlərin saç-saqqalla məktəbə gəlməsi düzgün deyil”
Hazırda oxunan: Keçmiş Təhsil nazirindən SƏRT MÖVQE: “Şagirdlərin saç-saqqalla məktəbə gəlməsi düzgün deyil”
51156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.